17 may 2015
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun baş direktoru İrina Bokovanı qəbul ediblər. Görüşdə İrina Bokovanın Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı yüksək qiymətləndirilib, forumun artıq ənənəvi olaraq keçirildiyi və tədbirə marağın ildən-ilə artdığı vurğulanıb...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul ediblər. Nassir Abdulaziz Al-Nasser Bakıda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib. Bakıda keçiriləcək birinci Avropa Oyunları...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul ediblər. Koişiro Matsuura Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişafın şahidi olduğunu bildirib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşünü də xatırlayıb...
Mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub. Festival Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondu tərəfindən təşkil edilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimdə çıxış edib...
Mayın 13-də hər il qeyd olunan Avropa muzeylər gecəsi çərçivəsində Heydər Əliyev Fondunun və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun mənzil-qərargahında “Azərbaycan: Ənənədən müasirliyə” adlı sərginin açılışı olub. Açılış mərasimində çıxış edən UNESCO-nun xarici əlaqələr üzrə sektorunun idarə rəisi Genc Seiti sərginin yüksək...