12 may 2015
Mayın 12-də “Yaşıl Marafon” layihəsi çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində bir milyonuncu ağac əkilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib. Əvvəlcə Leyla Əliyeva IDEA İctimai Birliyinin dəstəyi ilə Zirədə tikilmiş müasir istixana kompleksi ilə tanış olub...
Kolumbiyada hər il artmaqda olan uşaq və qadın zorakılığının qarşısının alınmasına yönəldilən layihələrin həyata keçirilməsinə yardım etmək məqsədilə Heydər Əliyev Fondunun Uşaq Zorakılığına Qarşı Sosial Sanksiya Şəbəkəsi Fonduna etdiyi maliyyə yardımı hesabına həyata keçirilmiş layihə uğurla başa çatmışdır. Layihə çərçivəsində Boqota şəhərində təhsil...
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Dövlət başçısı mərasimdə çıxış edib...
Mayın 10-da Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva körpələr evinin açılışında iştirak ediblər. 1930-cu ildə tikilmiş bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü...
Mayın 10-da Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə məcburi köçkün ailələri üçün inşa edilmiş binanın açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər. Yeni binada Xırdalan ət kombinatının ərazisində...