26 avqust 2014
Avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdilər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzeydə görülən işlərlə bağlı dövlətimizin başçısına...
Hər şey haqqında sadə suallara qısa cavablar Mehriban Əliyeva şəxsiyyətinin dərinliyini, gözəlliyini və parlaqlığını qeyri-adi şəkildə üzə çıxarır. Azərbaycanın birinci xanımının "Baku" jurnalı üçün qeyri-adi və çox səmimi müsahibəsi...
22 avqust 2014
Avqustun 22-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirib. Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabineti Aparatının nümayəndələri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, komitənin əməkdaşları iştirak ediblər...
21 avqust 2014
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb. İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Mehriban Əliyeva Küveyt Dövlətinin Fəxti diplomu ilə təltif olunub...
17 avqust 2014
Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Biləsuvarda həyata keçirilən bir çox sosial yönümlü layihələrin sırasına bu il uşaq bağçalarının tikintisi də əlavə olunub. İlin əvvəlindən inşasına başlanan iki yeni uşaq bağçasının birində artıq tamlanma işləri gedir, digərinin tikintisi isə sürətlə davam etdirilir. Biləsuvar şəhərinin “Təyyarə meydanı” adlanan yaşayış massivində 100 yerlik bağçanın...