16 iyul 2014
İyulun 16-da Heydər Əliyev Fondu və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “Ağacların kəsilməsinə yox” proqramı çərçivəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası təşkil olunub. Aksiya zamanı ümumilikdə 20 ədəd sərv, şərq çinarı və tut ağacı əkilib...
13 iyul 2014
İyulun 13-də Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin sabiq meri, Fransa Milli Assambleyasının deputatı Bernar Broşan ilə görüşüb. Bernar Broşan Mehriban Əliyevanı növbəti dəfə Kannda görməyindən məmnun olduğunu bildirib. Bu il yenidən təşkil olunan...
12 iyul 2014
İyulun 12-də Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində dünya şöhrətli modelyer Renato Balestranın Azərbaycan milli geyimlərinə həsr edilmiş “Müasir dəbdə Azərbaycan cazibəsi” adlı moda nümayişi olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib...
11 iyul 2014
İyulun 11-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində gənc cazmen İsfar Sarabskinin konserti olub. Kannın Festivallar sarayında keçirilən konsertdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib...
İyulun 11-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunan yürüş olub. Kann şəhərinin məşhur Kruazet bulvarında təşkil olunan yürüşə onlarla şəhər sakini və turist qatılıb. Yürüşə qatılanlara üzərində “Bakı-2015 – ilk Avropa Oyunları” sözləri yazılmış idman formaları paylanılıb...