29 fevral 2012
“Ukrayna” mehmanxanasının konfrans salonunda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş irimiqyaslı tədbir keçirilmişdir. Tədbir Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən təşkil edilmişdir. Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini ...
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 29-da Serbiya Olimpiya Komitəsinin sədri, “Ana və Vlade Divats Fondu”nun təsisçisi Vlade Divatsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Heydər Əliyev Fondunda qonaqları salamlayan birinci xanım Mehriban Əliyeva Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın bütün sahələrdə uğurla ...
Fevralın 27-də Tallinn şəhərinin mərkəzindəki “Swissotel”-də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir. Tədbirdə Avropa Parlamentinin üzvü İ.Tarand, AŞPA Monitorinq Komitəsinin sədri A.Herkel, Estoniya-Azərbaycan parlament qrupunun ...
26 fevral 2012
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı izdihamlı yürüş keçirmişdir. Təmsilçilikdən bildirmişlər ki, fevralın 25-də Bursanın mərkəzi meydanında keçirilən yürüşdə Bursa sakinləri, azərbaycanlı tələbələr və şəhərin qonaqları iştirak etmişlər. Yürüş iştirakçıları əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqları tutmuş, “Hamımız xocalılıyıq” şüarları ...
25 fevral 2012
Berlinin “Palais am Festugsgraben” salonunda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar “Almaniyada Xocalı günləri” adlı dördgünlük tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Justice for Khojaly” (“Xocalıya ədalət”) hərəkatının təqdimatı olmuşdur. Təqdimatı hərəkatın AFR-dəki əlaqələndiricisi, Almaniya...