Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mart 7-də Milli Onkologiya Mərkəzinin yeni tikilmiş uşaq klinikası ilə tanış olmuşdur. Hər bir dövlətin əsas öhdəliklərindən biri də xalqın sağlam gələcəyini təmin etməkdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosialyönümlü siyasətin nəticəsidir ki, gələcəyimiz olan ...
Martın 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakı Biznes Mərkəzində “Eurovision” mahnı müsabiqəsinin tarixini əks etdirən sərgi ilə tanış olmuşdur. Bakı Biznes Mərkəzinə gələn Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu. Mehriban xanım Əliyeva əvvəlcə mərkəzin həyətində yeni gətirilən avtobusla tanış oldu. Azərbaycanın birinci xanımına...
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili martın 6-da Heydər Əliyev Fondunda olmuşdur. Gürcüstan dövlətinin başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı. Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fond ümummilli liderin ...
Xəzər rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra təhsil müəssisələri üçün binaların tikintisi və təmiri işləri həyata keçirir. Rayon icra hakimiyyətinin şöbə müdiri Babacan Məlikov bildirmişdir ki, həmin təhsil ocaqlarından biri də Zirə qəsəbəsindəki 120 nömrəli orta məktəbin yeni korpusudur. Dövlət Proqramına uyğun olaraq, hazırda məktəbin əsaslı təmiri, eləcə də, 22 əlavə sinif otağının...
5 mart 2012
Azərbaycanda səfərdə olan Malayziyanın sabiq Baş naziri Mahathir Mohamad və xanımı Siti Hasmah martın 4-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial – iqtisadi, humanitar ...