Xəbərlər

HAF-MARAKESH-PARLAMENT-ZIYARAT.JPG

Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamentinin nümayəndə heyəti sentyabrın 27-də Heydər Əliyev Fondu ilə tanış olmuşdur. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi və məqsədləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, bugünkü qüdrətli və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir...

HAF-QALA-SHUVALAN-IMECILIK (1).JPG

Sentyabrın 25-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər İnkişaf Fondu və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Xəzər rayonunun Şüvəlan və Qala qəsəbələrində orta məktəb şagirdləri ilə birlikdə “Təmizlik naminə” şüarı altında iməcilik keçirmişlər. Tədbirdə Şüvəlan qəsəbəsinin 156, 230 və 237 nömrəli və Qala qəsəbəsinin 185 nömrəli orta məktəblərindən 200-dən artıq şagird və müəllim ...

01_H.A.FONDU-GURCUSTAN-MAKTAB.jpg

Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olmuşdur. Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmirdən sonra məktəblilərin ixtiyarına verilmişdir...

Sentyabrın 24-də Lerik Rayon Mərkəzi Xəstəxanasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə qanvermə aksiyası keçirilmişdir. Rayonda ilk dəfə keçirilən humanitar tədbirin birinci günü Bahadur Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutunun 5 əməkdaşından ibarət həkim briqadası 300 nəfərdən qan götürmüşdür... 

5.jpg

Heydər Əliyev Fondunun dəstəyi ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı növbəti layihəyə start verilmişdir. Heydər Əliyev Fondunun və “Sanofi-aventis” şirkətinin birgə layihəsi çərçivəsində aztəminatlı ailələrdən seçilən I tip şəkərli diabeti olan 18 yaşınadək 200 pasiyentə sentyabrın 24-də iki min şpris-qələmdən ibarət 400 qutu Apidra insulin preparatı təqdim olunmuşdur...