Xəbərlər

TURKPA-HAF-ZIYARAT .JPG

Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlament aparatlarının rəhbərləri sentyabrın 20-də Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin ...

Heydər Əliyev Fondunun dəstəyi ilə “WORLDMED” klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatmışdır. Sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Artıq ikinci ildir ki, bu klinikada aztəminatlı ailələrdən olan “dovşandodaq” və “qurd ağzı” diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir.

Sentyabrın 15-də Gürcüstanın ümumi məktəblərində yeni dərs ili başlanmışdır. Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli yeganə Azərbaycandilli ümumi məktəb həmişə olduğu kimi, yeni dərs ili ərəfəsində də Heydər Əliyev Fondundan böyük hədiyyə almışdır. Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində məktəbin binası əsaslı surətdə təmir edilərək kollektivin istifadəsinə verilmişdir...

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun birgə təşəbbüsü ilə mədəni proqram çərçivəsində sentyabrın 1-dən 10-dək hər iki ölkənin valideyn himayəsindən məhrum və təhsildə fərqlənən yeniyetmələrinin qarşılıqlı səfərləri həyata keçirilmişdir. Gürcüstanın 20 nəfərlik nümayəndə heyəti sentyabrın 1-də Bakıda qarşılanmışdır...

02_FOND-USHAQLAR-ISTIRAHAT.JPG

Sentyabrın 10-dan Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və YUNİSEF Nabranda uşaq hüquqları, sağlam həyat tərzi və yaşam bacarıqları, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyası mövzularında uşaqların biliklərinin və həmyaşıddan-həmyaşıda bacarıqlarının artırılmasına töhfə verəcək yay düşərgəsi təşkil etmişlər. Nabrandakı “Atlant” istirahət mərkəzində təşkil edilmiş düşərgənin açılış ...