Xəbərlər

KONFRANS ISHTIRAKCHILARI-FOND TANISHLIQ.JPG

Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları noyabrın 7-də Heydər Əliyev Fondunda olmuşlar.Qonaqlar ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ideyalarını yeni nəsillərə...

001.JPG

Noyabrın 6-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanda səfərdə olan Gürcüstanın Patriarx Katolikosu II İlya ilə görüşmüşdür. Qonağı səmimi salamlayan Mehriban xanım Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat vermişdir...

001.JPG

Noyabrın 6-da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fondun humanitar yardım çərçivəsində əldə etdiyi 10 böyrək hemodializ aparatını Səhiyyə Nazirliyinə təqdim etmişdir. Tibbi avadanlıq Almaniyanın “Fresenius Medical Care” şirkəti tərəfindən Heydər Əliyev Fonduna bağışlanan növbəti humanitar yardımdır...

01.JPG

Azərbaycanda MDB Gəncləri Günlərinin iştirakçıları noyabrın 6-da Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara Fondun vəzifələri və fəaliyyəti barədə məlumat verilmişdir. Əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond, həmçinin uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir.

02.JPG

Noyabrın 5-də Zirə qəsəbəsinin məktəbliləri arasında “Fənn olimpiadası” keçirilmişdir. Zirə mədəniyyət evində Heydər Əliyev Fondunun dəstəyi, Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsi və Əzizbəyov Rayon İnkişaf Fondu tərəfindən “Təhsilə dəstək” layihəsi çərçivəsində təşkil edilmiş olimpiadada qəsəbənin 120, 241 və 324 nömrəli məktəblərinin şagirdləri iştirak etmişlər...