Xəbərlər

FOND-KONFRANS ISHTIRAKCHILARI.JPG

Bakıda keçirilən “Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu” elmi-praktiki konfransının iştirakçıları oktyabrın 17-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verilmişdir. Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı ...

Oktyabrın 16-da Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olmuşdur. Xatırladaq ki, ilk dəfədir Misir Ərəb Respublikasında xarici vətəndaşın adını daşıyan təhsil ocağı açılmışdır. Açılışda Abşeron Rayonu İcra Hakimiyyətinin nümayəndə heyəti iştirak etmişdir...

IKT ISHTIRAKCILARI - HEYDER ELIYEV FONDUNDA (2).JPG

Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının iştirakçıları oktyabrın 15-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi və məqsədləri barədə məlumat verildi. Ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən ekspozisiyalar, dahi şəxsiyyətin dünyanın ...

SIMPOZIUM ISHTRAKCHILARI - HEYDAR ALIYEV FONDU (1).JPG

XX əsrin görkəmli şərqşünas alimi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilən “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun iştirakçıları oktyabrın 10-da Heydər Əliyev Fondunda olmuşlar. Qonaqları səmimiyyətlə qarşılayan icraçı direktor Anar Ələkbərov onlara ümummilli lider ...

01.jpg

Bakıda keçirilən İslam mətbəxi Beynəlxalq kulinariya festivalının iştirakçıları oktyabrın 9-da Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara Fondun fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə ...