Xəbərlər

002.jpg

Ölkəmizdə səfərdə olan BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (YUNİFEM) icraçı direktoru xanım Noelin Heyzer mayın 26-da Heydər Əliyev Fondunda olmuşdur. Qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi. N.Heyzer fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks ...

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Türkiyənin "Kanal7" telekanalı və "First Business" jurnalının təsis etdiyi "Zirvədəkilər-2005" mükafatlarından birinə - "Türk dünyasının ilin sevgi və dostluq elçisi" mükafatına layiq görülüb. Mükafatın təqdimetmə mərasimi İstanbulun "Kaya Ramada" otelində keçirilib və "Kanal7" ilə yayımlanıb...

"Heydər Əliyev Fondu - 2005-2006" kitabı Azərbaycan və ingilis dillərində nəfis tərtibatda çapdan buraxılmışdır. Kitab fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın "ÖN SÖZ"ü ilə açılır: "Azərbaycan xalqının yetirdiyi dahi şəxsiyyət, müdrik dövlət xadimi, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin adını daşıyan fondun ...

Mayın 18-də Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Vəcihə Səmədova adına sərgi salonunda gənc yaşlarında həyatdan getmiş istedadlı rəssam Azadə Əliyevanın əsərlərindən ibarət sərgi açılmışdır. Mərhum rəssamın vəfatının ilinə həsr olunmuş sərgidə təsviri sənətin bütün janrlarında 100-dən artıq əsər nümayiş etdirilir...

001.jpg

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mayın 11-də Almaniyanın "Fresenius Medical Care" şirkətinin nümayəndəsini qəbul etmişdir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan, onun ideyalarının həyata keçirilməsini özünün əsas vəzifəsi hesab edən Fondun həyata keçirdiyi "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" ...