Xəbərlər

1.jpg

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş nazirinin xanımı Əminə Ərdoğan martın 9-da Heydər Əliyev Fondunda olmuşdur. Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyə Baş nazirinin xanımını və qızı Sümeyyəni səmimiyyətlə qarşıladı...

001.jpg

Türkiyənin Quru Qoşunları komandanı ordu generalı İlker Başbuğun rəhbərlik etdiyi nümayəndə heyəti martın 7-də Heydər Əliyev Fondunda olmuşdur. Fondun icraçı direktoru Anar Ələkbərov hörmətli qonağı səmimiyyətlə qarşıladı və ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun yaranma tarixi, məqsədləri barədə məlumat verdi...

01.jpg

Heydər Əliyev Fondunun milli-mədəni dəyərlərimizin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılmasına, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına yönəldilmiş daha bir xeyirxah layihəsi reallaşmışdır. "Heydər Əliyev Fondu təqdim edir..." seriyasından nəşr olunan növbəti kitab "Müharibə və tarixi mədəniyyət abidələrimiz" adlanır...

03.jpg

Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Qəbələ rayonuna gəlmişdir. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rayon sakinləri böyük hörmət və ehtiramla, gül-çiçəklə, hərarətli alqışlarla qarşıladılar. Onların əllərində Azərbaycanın dövlət bayraqları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, xalqımızın ümummilli liderinin müdrik kəlamları yazılmış transparantlar var idi...

Fevralın 25-də Praqanın mərkəzindəki Vatslav meydanında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Bu, Heydər Əliyev Fondunun, Azəri-Çex Cəmiyyətinin və Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Çexiyada keçiriləcək silsilə tədbirlərin ilki olmuşdur.Ermənilərin azərbaycanlılara qarşı törətdikləri...