Xəbərlər

0.jpg

"Lider qadınlar" İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "İlin qadını" elan edilmiş, iyulun 18-də Yaxt klubda fəxri mükafatın təqdim olunması mərasimi keçirilmişdir. Milli Məclisin deputatı, "Lider qadınlar" İctimai Birliyinin sədri Məlahət Həsənova ...

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər rayonun Aşağı Avşar, Şənlik, Minaxorlu və Hacılar kəndlərində, eləcə də şəhər 3 nömrəli məktəbin yerində təzə orta məktəb binaları tikilir. Məktəblərin hər birinə 41 milyon manatlıq avadanlıq alınıb quraşdırılacaq. Tikinti işlərində yerli işçi qüvvəsindən istifadə olunmasına üstünlük verilir...

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər rayonun Əliuşağı, Füzuli kəndlərində və Qarayeri qəsəbəsində hər birinin smeta dəyəri 675 milyon manat olan 200 yerlik təzə orta məktəb binaları tikilir. Məktəblərin hər birinə 41 milyon manatlıq avadanlıq da alınıb quraşdırılacaqdır...

İyulun 15-də Heydər Əliyev Fondunun əməkdaşlarının Əzizbəyov Rayon İcra Hakimiyyətində rayonun ağsaqqalları və ictimaiyyətin nümayəndələri ilə görüşü olmuşdur. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fevralın 2-si və 3-də Əzizbəyov rayonunun ərazisində yerləşən internat ...

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, rayonun İmamqulukənd, Köhnə Xudat kəndlərində və Samur qəsəbəsində 759 milyon 74 min manat dəyərində 240 yerlik, Gündüzqala kəndində 675 milyon 77 min manat dəyərində 200 yerlik orta məktəb binaları tikilir. Məktəblərin hər birində 44 milyon manatlıq avadanlıq quraşdırılacaqdır...