Noyabrın 19-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəran şəhərindəki internat məktəblərində “Uşaq ili” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” devizi altında tədbirlər keçirilmişdir. 20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü ərəfəsində keçirilən tədbirlərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov uşaqları əlamətdar gün münasibətilə təbrik etmişdir...
6 noyabr 2009
Noyabrın 6-da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fondun humanitar yardım çərçivəsində əldə etdiyi 10 böyrək hemodializ aparatını Səhiyyə Nazirliyinə təqdim etmişdir. Tibbi avadanlıq Almaniyanın “Fresenius Medical Care” şirkəti tərəfindən Heydər Əliyev Fonduna bağışlanan növbəti humanitar yardımdır...
26 avqust 2009
Avqustun 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Crescent Beach” mehmanxanasında Bakının Nizami, Suraxanı və Xətai rayonlarının uşaq evlərində təlim-tərbiyə alan uşaqlar üçün şənlik təşkil olunmuşdur. Ənənəvi olaraq hər il keçirilən belə şənliklər yeni dərs ilinin başlanması ərəfəsində uşaqların yay istirahətinin mənalı olması üçün təşkil edilir. Budəfəki şənliyə 200-dək...
17 avqust 2009
Heydər Əliyev Fondu, İsrailin Azərbaycandakı səfirliyi və İsrailin “Tsiondan göz” Qeyri-Hökumət Təşkilatının dəstəyi ilə bu ölkənin audiologiya sahəsi üzrə mütəxəssisləri respublikamıza səfərə gəlmişlər. Avqustun 23-dək davam edəcək səfər çərçivəsində eşitmə qabiliyyəti zəif olan insanların müayinəsi və onlara 250 min ABŞ dolları dəyərində eşitmə aparatlarının paylanması...
12 avqust 2009
Avqustun 1-dən Heydər Əliyev Fondunun dəstəyi ilə Lənkəran şəhərinin “Qafqaz Sahil” istirahət mərkəzində sosial qayğıya xüsusi ehtiyacı olan, şəkərli diabet xəstəliyinə tutulmuş uşaqların psixo-sosial reabilitasiyası üçün istirahət düşərgəsi təşkil olunmuşdur. Düşərgədə əlil, Qarabağ müharibəsi əlili, məcburi köçkün və qaçqın ailələrindən, valideyn himayəsindən məhrum...