17 aprel 2007
Aprelin 17-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Dünya Səhiyyə Təşkilatının layihəsi olan Avropa İmmunlaşdırma həftəsi (16-22 aprel) çərçivəsində ölkəmizdə həyata keçirilən “Profilaktika! Müdafiə! İmmunlaşma!” kampaniyasında iştirak etmək üçün Bakının Nəsimi...
Ulu öndərin arzu və istəklərinin həyata keçirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edən Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində yeni bir layihəsini reallaşdırır. Fondun prezidentinin şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəmiz bir ağac əkək" devizli layihənin icrasına Mehriban xanımın deputat seçildiyi Əzizbəyov rayonundan başlanmışdır...
29 dekabr 2006
Heydər Əliyev Fondu artıq üçüncü ildir ki, "Gülüstan" sarayında Bakının müxtəlif orta məktəblərində təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənlikləri keçirir. Şənliklərə minlərlə uşaq dəvət olunmuşdur. Dekabrın 29-da Fondun prezidenti...
5 avqust 2006
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Gəncəyə Təhsil İdarəsinin tabeçiliyində olan uşaq bağçalarına, şəhər Səhiyyə İdarəsinin uşaq xəstəxanalarına və körpələr evlərinə paylamaq üçün 1100 qutu "Humana" uşaq qidası göndərilmişdir. Şəhər icra hakimiyyətindən bildirmişlər ki, uşaq...
Heydər Əliyev Fondu səhiyyə sahəsində daha bir humanitar aksiya həyata keçirmiş, qeydiyyatda olan 100 nəfər 2-ci qrup şəkərli diabet xəstəsinin hər birinə bir illik müalicə üçün nəzərdə tutulmuş 1200 qutu diabeton preparatı alıb hədiyyə etmişdir. Bu münasibətlə avqustun 3-də Səhiyyə Nazirliyində mərasim keçirilmişdir. Səhiyyə nazirinin müavini Sənan Kərimov mərasimdə...