Xeyriyyə tədbirləri və aksiyalar

0.JPG

Ulu öndərin arzu və istəklərinin həyata keçirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edən Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində yeni bir layihəsini reallaşdırır. Fondun prezidentinin şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəmiz bir ağac əkək" devizli layihənin icrasına Mehriban xanımın deputat seçildiyi Əzizbəyov rayonundan başlanmışdır...

img_6595_inner.jpg

Heydər Əliyev Fondu artıq üçüncü ildir ki, "Gülüstan" sarayında Bakının müxtəlif orta məktəblərində təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənlikləri keçirir. Şənliklərə minlərlə uşaq dəvət olunmuşdur. Dekabrın 29-da Fondun prezidenti...

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Gəncəyə Təhsil İdarəsinin tabeçiliyində olan uşaq bağçalarına, şəhər Səhiyyə İdarəsinin uşaq xəstəxanalarına və körpələr evlərinə paylamaq üçün 1100 qutu "Humana" uşaq qidası göndərilmişdir. Şəhər icra hakimiyyətindən bildirmişlər ki, uşaq...

Heydər Əliyev Fondu səhiyyə sahəsində daha bir humanitar aksiya həyata keçirmiş, qeydiyyatda olan 100 nəfər 2-ci qrup şəkərli diabet xəstəsinin hər birinə bir illik müalicə üçün nəzərdə tutulmuş 1200 qutu diabeton preparatı alıb hədiyyə etmişdir. Bu münasibətlə avqustun 3-də Səhiyyə Nazirliyində mərasim keçirilmişdir. Səhiyyə nazirinin müavini Sənan Kərimov mərasimdə...

02.jpg

İyulun 5-də Heydər Əliyev Fondu respublikamızın ali məktəblərinə müxtəlif elm sahələrinə aid Rusiyada yüksək poliqrafik səviyyədə çap olunmuş 4 mindən çox kitab hədiyyə etmişdir. Bu münasibətlə keçirilən təqdimat mərasimində respublikamızın elm, mədəniyyət, təhsil işçiləri, tanınmış alim və ziyalıları iştirak etmişlər. Mərasimi giriş nitqi ilə Fondun prezidenti, YUNESKO...