Pres-relizlər

Dünya Diabet gününün qeyd olunduğu ərəfədə - noyabrın 13, 14 və 15-də Heydər Əliyev Fondunun binası mavi rənglə işıqlandırılacaqdır. BMT-nin rəmzi olan mavi rəng bütün millətləri birləşdirən səmanı əks etdirir və bu aksiyanın keçirildiyi 155 ölkədə şəhərlərin möhtəşəm binaları məhz bu rəngdə boyanacaqdır. Məqsəd ictimaiyyətin diqqətini dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayılan diabetə ...

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ev sahibliyi ilə oktyabrın 28-dən noyabrın 3-dək Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsü çərçivəsində beynəlxalq konfrans və bir sıra digər tədbirlər keçiriləcəkdir.Təşəbbüs 2006-cı ildə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən irəli sürülmüşdür...

Beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə daim önəm verən Heydər Əliyev Fondun Moskvada 22 ölkənin iştirakı ilə keçiriləcək “BibliObraz-2007” Beynəlxalq festivalında iştirak edəcəkdir.Rusiya Federasiyasının birinci xanımı Lyudmila Putinanın təşəbbüsü ilə artıq ənənəyə çevrilən festival oktyabrın 9-dan 11-dək Moskvanın “Manej” mərkəzi sərgi zalında...

İyunun 12-də Heydər Əliyev Fondunda "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda üçgünlük Beynəlxalq konfrans keçiriləcəkdir. Məlum olduğu kimi, Azərbaycanın nadir tibb əlyazmaları YUNESKO-nun Dünya Yaddaşı Proqramının Beynəlxalq Siyahısına daxil edilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım ...

Aprelin 19-21-də Heydər Əliyev Fondunun və Latın Mədəniyyəti Akademiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan: keçmişin və bu günün sivilizasiyalararası dialoqu" mövzusunda konfrans keçiriləcəkdir. Sayca 13-cü olan bu konfransda dünyanın bir çox ölkələrindən 140 nümayəndənin iştirakı gözlənilir. Qloballaşma dövründə müxtəlif din və dillərə mənsub mədəniyyətlərin qarşılıqlı əlaqə və ...