Pres-relizlər

Heydər Əliyev Fondunun beynəlxalq fəaliyyət dairəsi genişlənir. Bu il Fondun və Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinin dəstəyi ilə Qərb sivilizasiyasının beşiyi sayılan Yunanıstanda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. İlk tədbir iyunun 6-da Afinada, Meqaro Musikis Musiqi Kompleksində baş tutacaq. Qara Qarayev adına Azərbaycan...

Mayın 7-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Adrian Sternin “Afrikanın vəhşi təbiəti” adlı fərdi sərgisi açılacaq. Sərgi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilati dəstəyi ilə keçiriləcək Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində təşkil olunacaq. Sərginin məqsədi...

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə mayın 7-dən 9-dək Bakıda “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalı keçiriləcək. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Müasir İncəsənət Muzeyinin...

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirir. Dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubileyi layihəsi çərçivəsində Fondun təşkilatçılığı ilə Parisdə və Strasburqda keçirilmiş tədbirlər silsiləsi fevralın 14-də beynəlxalq konfransla davam etdiriləcək. Konfrans Strasburqun Rin sarayında 3 ay ərzində...

nrj-music-awards-15th-edition_5232.jpg

Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi olmuş cazmen İsfar Sarabski Kannda keçiriləcək MIDEM festivalında iştirak edəcək. 1967-ci ildən Fransada keçirilən bu festival musiqi dünyasında böyük hadisə sayılır. Beynəlxalq bazar kimi tanınan və ənənəvi olaraq dünya şöhrətli şirkətlərin qatıldığı festivalda peşəkarlar...