21 yanvar 2014
Yanvarın 21-də Gəncədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş Məhsəti Gəncəvi Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və digər yardımçı otaqlar yerləşir. Oxu zalında ümummilli lider Heydər Əliyevin...
Dekabrın 27-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu və “Baku” jurnalının birgə təşkilatçılığı ilə bu günədək dünyanın altı ölkəsində nümayiş etdirilmiş “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisinin rəsmi açılışı olub. Müasir Azərbaycan İncəsənəti” sərgisinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti...
Dekabrın 21-də Heydər Əliyev Mərkəzi yeni layihəsini - “Küknar” Beynəlxalq incəsənət sərgisi və müsabiqəsini reallaşdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak etmiş, “Küknar” Beynəlxalq incəsənət müsabiqəsi çərçivəsində 2014-cü ilin tam fərqli tərtibatda bəzədilmiş Yeni il küknar ağaclarına baxmışdır. Mərasimdə...
Dekabrın 20-də Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin təntənəli açılış mərasimi olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib. Əvvəlcə Leyla Əliyeva, Azərbaycan nümayəndə heyətinin təmsilçiləri və Həştərxan vilayətinin rəhbərləri xalqımızın...
18 dekabr 2013
Dekabrın 18-də “Baku Crystal Hall”da İtaliya estradasının əfsanəvi ifaçıları “San-Remo festivalının ulduzları Bakıda” adlı konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə olub. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən konsertdə XX əsrin 80-ci illərində San-Remo şəhərində keçirilən İtaliya...