Hannoverdə Azərbaycan mədəniyyəti gecəsi

  • Layihə
  • Foto
  • Video
  • Mətbuat


2014-cü il oktyabrın 28-də Almaniyanın Hannover şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub. Hannover Konqres Mərkəzində keçirilən gecədə Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub.


Tədbir çərçivəsində Heydər Əliyev Fondunun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunub. Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva Maria Auxun yaxından iştirakı ilə hazırlanmış kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.


Gecədə iştirak edən qonaqlar “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış olublar.


Tədbirdə Aşağı Saksoniya federal torpağı parlamentinin deputatları, Hannover şəhər şurasının üzvləri, Almaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyət və mətbuat nümayəndələri, o cümlədən Türkiyənin konsulu Mehmet Günay, Hannover Universitetinin rektoru Erci Barke, Hannover merinin müavini Tomas Herrmann, Hannoverin polis rəisi Uve Lührig, şəhər bələdiyyəsinin üzvü Maksimilian Oppelt və Aşağı Saksoniyanın Yəhudi İcmasının sədri Mixael Fürst iştirak ediblər.



Paylaş:

1.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.jpg
11.jpg
12.jpg
13.jpg
14.jpg
15.jpg
16.jpg
17.jpg
18.jpg
19.jpg
20.jpg
21.jpg
22.jpg
23.jpg
24.jpg
25.jpg
26.jpg

Azərbaycan Respublikası Dövlət Simfonik Orkestri 28 oktyabrda Hannoverdə Fuad İbrahimovun dirijorluğu ilə möhtəşəm konsert proqramı ilə çıxış etdi! “Musiqi ölkələr və insanlar arasında körpüdür” deyən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov günbəzli zala xüsusi mədəniyyət gecəsi ruhunu gətirdi. Heydər Əliyev Fondunun...