Gəncədə Məhsəti Gəncəvi Mərkəzi

  • Layihə
  • Foto


Gəncədə Məhsəti Gəncəvi Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. 2014-cü il yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.

 

Mərkəzdə şairənin yaradıcılığına həsr olunmuş rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı, musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı var.

 

Oxu zalında Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, ədəbi irsi haqqında kitablar, Azərbaycan, rus və ingilis dillərində elektron formatda şairənin rübailəri, bununla yanaşı Azərbaycanın görkəmli şair və mütəfəkkirləri, Azərbaycan musiqisi və xalçaçılığı aid nəşrlər təqdim olunur. 

 

Mərkəzdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2013-cü ilin noyabr və dekabr aylarında Fransanın Reyms və Miluz şəhərlərində Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilmiş sərgi və konsertlərdən fotolar nümayiş olunur, milli musiqi alətləri sərgilənir.

 

Mərkəzin milli geyimlər sərgisində Məhsəti dövrü, xüsusilə də İntibah dönəminin xanımlarına xas milli geyim nümunələri sərgilənir. Rəsm qalereyasında Məhsəti Gəncəvi obrazı və rübailərinə həsr edilmiş müxtəlif tablolar, sənət nümunələri, monumental əsərlər nümayiş etdirilir. Məhsəti otağında şairənin heykəli ucaldılıb. Burada proyektor vasitəsilə miniatür və rəsm əsərləri təqdim edilir.

 

Mərkəzin ətrafında park yaradılıb.



01.jpg
02.jpg
03.jpg
03_1.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg
09.jpg
010.jpg
011.jpg