2014-cü il iyulun 10-da Kannın Festivallar və Konqreslər sarayında “Azərbaycan: ənənələr və gələcək ölkəsi” sərgisinin açılışı olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Festivallar və Konqreslər sarayının direktoru Kler-Ann Reks, Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Monselin açılış mərasimində çıxış ediblər.
Bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələr və gələcək ölkəsi” sərgisinin təşkilində məqsəd xaricdə Azərbaycanın qədim və zəngin tarixini, mədəniyyətini təbliğ etməkdir.
Sərgidə Azərbaycan rəssamlarının Fransaya həsr etdiyi rəsm əsərləri, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi, misgərlik nümunələri, milli geyimlər, milli musiqi alətləri, arxeoloji qazıntılar zamanı tapılan keramika nümunələri təqdim olunub. Sərgidə Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə təşkil etdiyi sərgilərin davamı olan ayrıca bölmə yaradılıb. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycana aid nəşrləri təqdim olunub.
Sonra Kannın Festivallar sarayında xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin konserti olub.
Sərgi iyulun 31-dək davam edib.
15 iyul 2014
“Euronews” kanalında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri haqda süjet yayımlanıb. Süjetdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert və sərgilərin təşkil edildiyi, əsas sərginin “Azərbaycan - ənənələr və gələcəyin ölkəsi” adlandırıldığı bildirilir. Azərbaycanın dostları cəmiyyətinin üzvü...