Kannda Azərbaycan mədəniyyəti günləri – 2014

  • Layihə
  • Foto
  • Video
  • Mətbuat


2014-cü il iyulun 8-31-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində “Azərbaycan ənənələr və gələcək ölkəsi” şüarı altında Azərbaycan mədəniyyəti günləri keçirilib.

 

Bu məqsədlə Kann şəhəri və şəhərin ictimai nəqliyyatı Azərbaycanın təqdimat banerləri ilə bəzədilib.

 

Azərbaycan mədəniyyəti günləri çərçivəsində ölkəmizin tarixi və ənənələrini, eyni zamanda müasir incəsənətini əks etdirən sərgilər, muğam, klassik və caz musiqisindən ibarət konsertlər təşkil olunub, milli mətbəximiz təqdim olunub.

 

“Azərbaycan cazı” gecəsi

 

İyulun 8-də Kann şəhərində Azərbaycan mədəniyyəti günləri “Azərbaycan cazı” konsert proqramı ilə start götürüb.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə iştirak edib.

 

Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar səsləndirilib.

 

Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunub.

 

“Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli təqdimatı

 

İyulun 9-da Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli təqdimatı olub.

 

Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Kann şəhərinin meri Devid Lisnard, Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya mərasimdə çıxış ediblər.

 

Mərasimdə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş videotəqdimat olub, Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

 

Təqdimata həsr edilmiş ziyafətdən sonra Kann şəhərinin məşhur Kruazett bulvarında Azərbaycan musiqisinin sədaları altında atəşfəşanlıq olub.

 

“Azərbaycan: ənənələr və gələcək ölkəsi” sərgisi

 

İyulun 10-da Kannın Festivallar və Konqreslər sarayında “Azərbaycan: ənənələr və gələcək ölkəsi” sərgisinin açılışı olub.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Festivallar və Konqreslər sarayının direktoru Kler-Ann Reks, Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Monselin açılış mərasimində çıxış ediblər.

 

Bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələr və gələcək ölkəsi” sərgisinin təşkilində məqsəd xaricdə Azərbaycanın qədim və zəngin tarixini, mədəniyyətini təbliğ etməkdir.

 

Sərgidə Azərbaycan rəssamlarının Fransaya həsr etdiyi rəsm əsərləri, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi, misgərlik nümunələri, milli geyimlər, milli musiqi alətləri, arxeoloji qazıntılar zamanı tapılan keramika nümunələri təqdim olunub. Sərgidə Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə təşkil etdiyi sərgilərin davamı olan ayrıca bölmə yaradılıb. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycana aid nəşrləri təqdim olunub.

 

Sonra Kannın Festivallar sarayında xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin konserti olub.

 

Sərgi iyulun 31-dək davam edib.

 

“Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş yürüş

 

İyulun 11-də Kannda 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş yürüş olub. Kann şəhərinin məşhur Kruazet bulvarında keçirilən yürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

 

Yürüşün sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Onlara fəxri fərman və gələn il keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün Bakıya səfər biletləri təqdim olunub. Birinci yeri tutan Maksons Vadelinə mükafatı Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

 

Sonra yürüş iştirakçıları arasında lotereya oyunu keçirilib və Heydər Əliyev Fondunun hədiyyəsi olan elektromobilin sahibi müəyyənləşib.

 

Caz musiqisindən ibarət konsert

 

İyulun 11-də Kannın Festivallar və Konqreslər sarayında Azərbaycan mədəniyyəti günləri çərçivəsində gənc cazmen İsfar Sarabskinin konserti olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə iştirak edib.

 

“Müasir dəbdə Azərbaycan cazibəsi” adlı moda nümayişi və Azərbaycan milli mətbəxinin təqdimatı

 

İyulun 12-də Kannda dünya şöhrətli modelyer Renato Balestranın Azərbaycan milli geyimlərinə həsr edilmiş “Müasir dəbdə Azərbaycan cazibəsi” adlı moda nümayişi olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

 

Layihənin təqdimatı onun fəlsəfəsini və yaranma tarixçəsini əks etdirən videomaterialın nümayişi ilə başlayıb. Sonra italyan modelyer Renato Balestranın Azərbaycanın milli geyimləri əsasında hazırladığı kolleksiya təqdim edilib.

 

Renato Balestranın bu kolleksiya üçün hazırladığı 40-dan çox geyim nümunəsində Azərbaycanın ənənəvi milli geyim naxışlarından geniş istifadə olunub. Burada xalça ornamentlərinə də geniş yer verilib, od və nar elementlərindən istifadə edilib.

 

Layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaqdır.

 

Sonra Azərbaycan milli mətbəxinin təqdimatı olub.

 


01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg
09.jpg
010.jpg
011.jpg
012.jpg
013.jpg
014.jpg
015.jpg
016.jpg
017.jpg
018.jpg
019.jpg
020.jpg
021.jpg
022.jpg
023.jpg
024.jpg
025.jpg
026.jpg
027.jpg
028.jpg
029.jpg
030.jpg
031.jpg
032.jpg
033.jpg
034.jpg
035.jpg
036.jpg
037.jpg
038.jpg
039.jpg
040.jpg
041.jpg
042.jpg
043.jpg
044.jpg
045.jpg
046.jpg
047.jpg
048.jpg
049.jpg
050.jpg
051.jpg
052.jpg
053.jpg
054.jpg
055.jpg
056.jpg
057.jpg
058.jpg
059.jpg
060.jpg
061.jpg
062.jpg
063.jpg
064.jpg
065.jpg
066.jpg
067.jpg
068.jpg
069.jpg
070.jpg
071.jpg
072.jpg
073.jpg
074.jpg
075.jpg
076.jpg
077.jpg
078.jpg
079.jpg
080.jpg
081.jpg
082.jpg
083.jpg
084.jpg
085.jpg
086.jpg
087.jpg
088.jpg
089.jpg
090.jpg
091.jpg
092.jpg
093.jpg
094.jpg
095.jpg
096.jpg
097.jpg
098.jpg
099.jpg
100.jpg
101.jpg
102.jpg
103.jpg
104.jpg
105.jpg
106.jpg
108.jpg
109.jpg
110.jpg
110_1.jpg
110_2.jpg
111.jpg
111_1.jpg
111_2.jpg
112.jpg
113.jpg
114.jpg
115.jpg
116.jpg
117.jpg
118.jpg
119.jpg
120.jpg
121.jpg
122.jpg
123.jpg
124.jpg
125.jpg
126.jpg
127.jpg
128.jpg
129.jpg
130.jpg
131.jpg
132.jpg
133.jpg
134.jpg
135.jpg
136.jpg
137.jpg
138.jpg
139.jpg
140.jpg
140_1.jpg
141.jpg
142.jpg
143.jpg
144.jpg
145.jpg
146.jpg
147.jpg
148.jpg
149.jpg
151.jpg
152.jpg
153.jpg
154.jpg
155.jpg
156.jpg
157.jpg
158.jpg
159.jpg
160.jpg
161.jpg
162.jpg
163.jpg
164.jpg
165.jpg
166.jpg
167.jpg
168.jpg
169.jpg
170.jpg
171.jpg
172.jpg
173.jpg
174.jpg
175.jpg
176.jpg
177.jpg
178.jpg
179.jpg
180.jpg
181.jpg
182.jpg
183.jpg
184.jpg
185.jpg
186.jpg
187.jpg
188.jpg

“Euronews” kanalında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri haqda süjet yayımlanıb. Süjetdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert və sərgilərin təşkil edildiyi, əsas sərginin “Azərbaycan - ənənələr və gələcəyin ölkəsi” adlandırıldığı bildirilir. Azərbaycanın dostları cəmiyyətinin üzvü...