20 may 2006

"Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir

İyunun 12-də Heydər Əliyev Fondunda "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda üçgünlük Beynəlxalq konfrans keçiriləcəkdir.

 

Məlum olduğu kimi, Azərbaycanın nadir tibb əlyazmaları YUNESKO-nun Dünya Yaddaşı Proqramının Beynəlxalq Siyahısına daxil edilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sədrliyi ilə keçiriləcək beynəlxalq konfransda dünyanın bir sıra ölkələrindən gəlmiş alimlərin məruzələri dinləniləcəkdir.

 

Konfransda "İbtidai icma dövründə və qədim dövrlərdə tibb", "Ellinizm dövründə Qədim Şərq və yunan təbabəti arasında qarşılıqlı əlaqə", "Qədim və orta əsrlər əczaçılığı", "Folklorda və klassik ədəbiyyatda tibb", "Təsviri sənət nümunələrində tibbi mövzular", "Tibb və din" mövzularında məruzələr dinləniləcəkdir.