2013-cü ildə Heydər Əliyev Fondu ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində yerləşən məktəblərə 65 min ABŞ dolları məbləğində maliyyə yardımı edib. Montqomeri Dairəsi Dövlət Məktəblərinin Təhsil Fondu ilə birgə reallaşdırılan layihə çərçivəsində dövlət məktəbləri üçün kompyuterləşdirilmiş interaktiv lövhələr, ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı Lonqvyu məktəbi üçün səs cihazları, sinif otaqları üçün nizamlanan oturacaqlar və stendlər alınacaq.