Saatlı rayonunda yerləşən İkram Ağayev adına Nabatkənd tam orta məktəbinin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.
Nabatkənd tam orta məktəbin 1937-ci ildə inşa edilən binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşdüyündən 2024-cü il may ayında yeni məktəb binasının inşasına başlanılmışdı. Təhsil müəssisəsinin yeni binası 2025-ci ildə istifadəyə verilib.
Məktəb 624 şagird yerlikdir. Dördmərtəbəli bina 4 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.