2014-cü il iyulun 8-31-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində “Azərbaycan ənənələr və gələcək ölkəsi” şüarı altında Azərbaycan mədəniyyəti günləri keçirilib.
Bu məqsədlə Kann şəhəri və şəhərin ictimai nəqliyyatı Azərbaycanın təqdimat banerləri ilə bəzədilib.
Azərbaycan mədəniyyəti günləri çərçivəsində ölkəmizin tarixi və ənənələrini, eyni zamanda müasir incəsənətini əks etdirən sərgilər, muğam, klassik və caz musiqisindən ibarət konsertlər təşkil olunub, milli mətbəximiz təqdim olunub.
“Azərbaycan cazı” gecəsi
İyulun 8-də Kann şəhərində Azərbaycan mədəniyyəti günləri “Azərbaycan cazı” konsert proqramı ilə start götürüb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə iştirak edib.
Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar səsləndirilib.
Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunub.
“Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli təqdimatı
İyulun 9-da Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli təqdimatı olub.
Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Kann şəhərinin meri Devid Lisnard, Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya mərasimdə çıxış ediblər.
Mərasimdə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş videotəqdimat olub, Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Təqdimata həsr edilmiş ziyafətdən sonra Kann şəhərinin məşhur Kruazett bulvarında Azərbaycan musiqisinin sədaları altında atəşfəşanlıq olub.
“Azərbaycan: ənənələr və gələcək ölkəsi” sərgisi
İyulun 10-da Kannın Festivallar və Konqreslər sarayında “Azərbaycan: ənənələr və gələcək ölkəsi” sərgisinin açılışı olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Festivallar və Konqreslər sarayının direktoru Kler-Ann Reks, Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Monselin açılış mərasimində çıxış ediblər.
Bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələr və gələcək ölkəsi” sərgisinin təşkilində məqsəd xaricdə Azərbaycanın qədim və zəngin tarixini, mədəniyyətini təbliğ etməkdir.
Sərgidə Azərbaycan rəssamlarının Fransaya həsr etdiyi rəsm əsərləri, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi, misgərlik nümunələri, milli geyimlər, milli musiqi alətləri, arxeoloji qazıntılar zamanı tapılan keramika nümunələri təqdim olunub. Sərgidə Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə təşkil etdiyi sərgilərin davamı olan ayrıca bölmə yaradılıb. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycana aid nəşrləri təqdim olunub.
Sonra Kannın Festivallar sarayında xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin konserti olub.
Sərgi iyulun 31-dək davam edib.
“Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş yürüş
İyulun 11-də Kannda 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş yürüş olub. Kann şəhərinin məşhur Kruazet bulvarında keçirilən yürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Yürüşün sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Onlara fəxri fərman və gələn il keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün Bakıya səfər biletləri təqdim olunub. Birinci yeri tutan Maksons Vadelinə mükafatı Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.
Sonra yürüş iştirakçıları arasında lotereya oyunu keçirilib və Heydər Əliyev Fondunun hədiyyəsi olan elektromobilin sahibi müəyyənləşib.
Caz musiqisindən ibarət konsert
İyulun 11-də Kannın Festivallar və Konqreslər sarayında Azərbaycan mədəniyyəti günləri çərçivəsində gənc cazmen İsfar Sarabskinin konserti olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə iştirak edib.
“Müasir dəbdə Azərbaycan cazibəsi” adlı moda nümayişi və Azərbaycan milli mətbəxinin təqdimatı
İyulun 12-də Kannda dünya şöhrətli modelyer Renato Balestranın Azərbaycan milli geyimlərinə həsr edilmiş “Müasir dəbdə Azərbaycan cazibəsi” adlı moda nümayişi olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Layihənin təqdimatı onun fəlsəfəsini və yaranma tarixçəsini əks etdirən videomaterialın nümayişi ilə başlayıb. Sonra italyan modelyer Renato Balestranın Azərbaycanın milli geyimləri əsasında hazırladığı kolleksiya təqdim edilib.
Renato Balestranın bu kolleksiya üçün hazırladığı 40-dan çox geyim nümunəsində Azərbaycanın ənənəvi milli geyim naxışlarından geniş istifadə olunub. Burada xalça ornamentlərinə də geniş yer verilib, od və nar elementlərindən istifadə edilib.
Layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaqdır.
Sonra Azərbaycan milli mətbəxinin təqdimatı olub.
15 iyul 2014
“Euronews” kanalında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri haqda süjet yayımlanıb. Süjetdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert və sərgilərin təşkil edildiyi, əsas sərginin “Azərbaycan - ənənələr və gələcəyin ölkəsi” adlandırıldığı bildirilir. Azərbaycanın dostları cəmiyyətinin üzvü...