Ağdamın Qiyaslı kəndində məscid

  • Layihə
  • Foto


Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binası Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.

 

Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdəndir. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra məsciddən mal-qara tövləsi kimi istifadə edilmiş, məscid ciddi dağıntılara məruz qalmış, dam örtüyü və günbəzlər tamamilə dağıdılmışdır.

 

Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub. İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərirdi. Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarında minarələr inşa edilib.

 

Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub. Divarlarda ilkin görkəmini itirmiş və əsasən tökülmüş suvaq təmir olunub, yararsız hala düşmüş mehrab bərpa edilib.

 

Məscidin ətrafında köməkçi tikililər inşa olunub.


014.jpg
015.jpg