2014-cü il noyabrın 18-də İstanbulun “Çırağan” sarayında Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə “Bakı-2015”birinci Avropa Oyunlarının təqdimatına həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.
Tədbir çərçivəsində Azərbaycana aid fotosərgi və “Bakı-2015”ə həsr olunmuş “Biz birlikdə” adlı sərgi təşkil olunub. Bürünc heykəllərdən ibarət sərgidə Azərbaycanın 20-dən çox heykəltəraşının əsərləri nümayiş etdirilib. Qonaqlara Heydər Əliyev Fondunun nəşrləri təqdim olunub.
Mərasimdə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş videotəqdimat olub.
Türkiyənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimlərinin qatıldığı tədbir Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupunun konserti ilə davam edib.
Türkiyənin ATV kanalında “Bakı 2015” birinci Avropa Oyunlarının İstanbulda keçirilmiş təqdimatı ilə bağlı reportaj yayımlanıb. Jurnalist Kamuran Abacıoğlu reportajda ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakının gözəlliyindən danışır, Azərbaycanda Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığını bildirir. Reportajda Azərbaycanın birinci xanımı...
19 noyabr 2014
Noyabrın 18-də “Bakı-2015” birinci Avropa Oyunlarının İstanbulun “Çırağan” sarayında keçirilmiş təqdimat mərasiminə Türkiyə mətbuatı böyük maraq göstərib. Türkiyənin bir sıra nüfuzlu mətbuat orqanlarında mərasimlə bağlı geniş məqalələr yer alıb. Məqalələrdə “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulanır, İstanbulda keçirilmiş təqdimat...
12 noyabr 2014
Türkiyə mediası Bakıda 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işlərinə geniş yer ayırıb. Ölkə mətbuatı ilk dəfə keçiriləcək Avropa Oyunları və ona ev sahibliyi edəcək Azərbaycanda görülən tədbirlər barədə yazır. Materiallarda qeyd olunur ki, 2015-ci il 12-28 iyun tarixlərində təşkil olunacaq oyunlarda 49 ölkədən 6000-dən...