Background Image
Previous Page  212 / 324 Next Page
Information
Show Menu
Previous Page 212 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

208

dəmir yolunun 4 verstliyində yerləşən 400 ev var idi. Amazaspın yalnız

ermənilərdən ibarət olan 9 eşelon dəstəsi Quba şəhərinin üzərinə

yeriyərkən, bizə hücumetdi və Sağlıcan kəndi istisna olmaqla, qalanlarını

darmadağın etdi, bu kəndi isə yalnız qarət etdilər. Qalan üç kənd qarət

edilmiş və yandırılmışdır, evlərin əksəriyyəti tamamilə yanmışdır. Sədan

kəndinin, habelə Çarxana kəndinin məscidləri yandırılmışdır. Beş nəfər

qətlə yetirilmişdir, onların arasında bir xəstə qadın – Şahnaz İbrahim

Xəlil qızı süngü ilə öldürülmüşdü, xəstə olan qoca Qərib Malik oğlu da

süngü ilə öldürülmüşdü. Talançıların hamısı erməni idi, lakin heç birini

tanımıram. Dəymiş zərərlər haqqında qərar mənim tərəfimdən təqdim

edilmişdir. Əlavə heç nə göstərə bilmərəm.

Oxundu. İmza. (ərəb hərfləri ilə)

Tərcümə etdi: Ə.Xanbudaqov (imza)

Komissiyanın üzvü: A. Novatski (imza)

AR DA, f. 1061, s. 1, iş 97, v. 17

Sənəd № 99

Dindirmə protokolu

1918-ci il. 22 dekabr, Quba şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiya-

sının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq

zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Nəcməddin İsmayıl oğlu, 39 yaşlı, Quba qəzası Dəvəçi nahiyə-

sinin Əlixanlı cəmiyyətinin starşinası, savadsız.

Mən dəmir yolundan 12 verstlik məsafədə yerləşən dörd kəndin:

Əlixanlı, Eyni Bulaq, Quyu Bulaq vəQara kəndlərinin daxil olduğuƏlixanlı

cəmiyyətinin starşinasıyam. Cəmiyyətdə 240 ev var idi. Bu il pasxadan

46

sonra yalnız ermənilərdən ibarət olan və Amazaspın başçılıq etdiyi cəza

dəstəsi Qubaya gedərkən (sonradan onu yandırdı) bizim cəmiyyətə hü-

cum etdi və üç kəndi talana və yanğına məruz qoydu. Yalnız Qara kəndi

salamat qaldı. Əlixanlı, Eyni Bulaq, Quyu Bulaq kəndlərində məscidləri

də yandırdılar. Quran kitabları cırıq-cırıq edildi və yandırıldı, bir Quranın

yalnız kiçik bir hissəsi salamat qalıbdır. Cəmiyyət cırılmış Quranı təqdim

edibdir. Ermənilərdən heç kimi tanımıram. Bizdən yalnız iki nəfər –

starşına Mirzə Məmməd Dostəli oğlu və həmkəndlimiz Gül Hüseyn

Məhərrəm oğlu qətlə yetiriliblər. Onlar nümayəndə qismində kəndləri

yandırılmamaq xahişi ilə ermənilərin yanına getmişlər, ermənilər onları

öldürdülər. Biz hamımız əvvəlcədən qaçmışdıq, ona görə qurbanlarımız