Background Image
Previous Page  278 / 324 Next Page
Information
Show Menu
Previous Page 278 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

274

Türkiyə

- bir hissəsi Asiyanın cənub-qərbində, digər hissəsi cənubi

Avropada yerləşən dövlət. Rəsmi adı – Türkiyə Respublikası.

1920-ci ildə Osmanlı imperiyasının süqutu, monarxiyanın

devrilməsi və türk etnosunun üstünlük təşkil etdiyi ərazinin

türk milli dövlətinə çevrilməsi nəticəsində yaranmışdır.

Ölkənin əsas hissəsi Qara və Aralıq dənizləri arasındakı

Anadolu yarımadasının (Kiçik Asiya yarımadası) payına

düşür. Şərqdə Azərbaycan, Gürcüstan, Ermənistan və İran,

cənubda İraq və Suriya, qərbdə Yunanıstan və Bolqarıstan

ilə həmsərhəddir.

Ukur-Oba

- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Üçgün

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz

rayonunun Yalama kənd inzibati-ərazi dairəsinə daxildir.

Urva

- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin Avaran

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar

rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.

Ustacalilli (Ustarcal-

Ustacallı-)

- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Qaraqurd-

lu cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz

rayonunun Hülövlü kənd inzibati-ərazi dairəsinə daxildir.

Uzunqışlaq-Boyat

(Uzunboyat)

- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Boyat

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran

(keçmiş Dəvəçi) rayonunun Rəhimli kənd inzibati-ərazi

dairəsinə daxildir.

Üçgün (Üçgün

Qışlaqlı)

- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin

eyniadlı cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda

Quba rayonunun Kupçal kənd inzibati-ərazi dairəsinə da-

xildir.

Yalama

- Vladikavkaz dəmiryolunda stansiya və Quba qəzasında

stansiyanın ətrafında eyniadlı kənd. Müşkür polis nahi-

yəsinin eyniadlı cəmiyyətinə daxil idi, talana məruz qalıb.

Hazırda Xaçmaz rayonunun eyniadlı kənd inzibati-ərazi

dairəsinə daxildir.

Yasab

- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar

rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.

Yenikənd –

(Yeni-kənd)

- Quba qəzasında kənd, Rustov polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba rayo-

nunun Tüləkəran kənd inzibati-ərazi dairəsinə daxildir.

Yergüc

- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz

rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.

Yəhudi qəsəbəsi

(Qırmızı qəsəbə)

- Quba şəhərində dağ yəhudilərinin kompakt yaşadıqları

qəsəbə.