271
Nüğədi
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin
eyniadlı cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda
Quba rayonunun eyniadlı (Birinci-Nügədi) kənd inzibati-
ərazi dairəsinə daxildir.
Okur (Ukur)
- Quba qəzasında kənd, Rustov polis nahiyəsinin Ukur
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar
rayonunun Mucuq kənd inzibati-ərazi dairəsinə daxildir.
Padar
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Qaraqur-
dlu cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran
(keçmiş Dəvəçi) rayonunun Rəhimli kənd inzibati-ərazi
dairəsinə daxildir.
Palçıqlı-Oba
(Palçıqoba)
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Qusarçay
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Çinartala kənd inzibati-ərazi dairəsinə daxildir.
Petrovsk
- şəhər, Dağıstanın paytaxtı Mahaçqalanın köhnə adı.
Məntəqə kimi əsası 1844-cü ildə qoyulmuşdur. Dağlılar
arasında kumık dilində Ənci-Qala (Torpaq qala) adı ilə
tanınan Pokrovsk rus hərbi istehkamı olmuşdu. 1722-ci ildə
İran səfəri zamanı I Pyotrun ordusunun bu yerdə düşərgə
salması ilə bağlı olaraq, 1857-ci ildə istehkam şəhər statu-
sunu və liman şəhəri kimi Petrovsk adını almışdır. 1921-ci ildə
şəhərin adı dəyişdirilərək Dağıstan inqilabçısı Mahaç Daxa-
dayevin (1882-1918) şərəfinə Mahaçqala adlandırılmışdır.
Sonralar Dağıstan Muxtar SSR-nın, daha sonra Rusiya
Federasiyası Dağıstan Res-publikasının paytaxtı olmuşdur.
Rəhimli
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Boyat
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran
(keçmiş Dəvəçi) rayonunun eyniadlı kənd inzibati-ərazi
dairəsinə daxildir.
Rustov
- Quba qəzasında kənd, Rustov polis nahiyəsinin Rustov
cəmiyyətinə daxil olub, talana məruz qalıb. Hazırda Quba
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Sağolcan (Sağlıcan)
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Sədan
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən
rayonunun Sədan kənd inzibati-ərazi dairəsinə daxildir.
Sarvan
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Quşçu
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran
(keçmiş Dəvəçi) rayonunun Çölquşçu kənd inzibati-ərazi
dairəsinə daxildir.
Sayad
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Qalağan kənd inzibati-ərazi dairəsinə daxildir.
İnzibati-coğrafi adların göstəricisi




