Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
272
Seyidlər
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Xudat
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Köhnə - Xudat kənd inzibati-ərazi dairəsinə da-
xildir.
Sədan
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Sincanboyad
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Boyat
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran
(keçmiş Dəvəçi) rayonu Təzəkənd kənd inzibati-ərazi
dairəsinə daxildir.
Siyəzən
(Qara Siyəzən və
Ağ Siyəzən)
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Siyəzən
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Sonradan iki
kənd birləşdirilərək 1940-cı ildə yaradılmış eyniadlı rayo-
nun mərkəzi olmuşdur. 1959-cu ildə Siyəzən rayonu ləğv
olunmuş və yenidən Dəvəçi rayonunun tərkibinə daxil
edilmişdir. 1992-ci ildə rayon bərpa olunmuşdur. Hazırda –
şəhər, Azərbaycan Respublikası Siyəzən rayonunun inzibati
mərkəzidir.
Söhüb
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Sühüb
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba
rayonunun Rük kənd inzibati-ərazi dairəsinə daxildir.
Sumqayıt
- Bakı qəzasında kənd, Saray polis nahiyəsinin Pirəkəşkül
cəmiyyətinə daxil idi, talana məruz qalıb. 1949-cu ilin
noyabrında şəhər statusu verilib. Hazırda – Azərbaycan
Respublikasında şəhər.
Surra
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Əmirxanlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran
(keşmiş Dəvəçi) rayonunun şəhər inzibati-ərazi dairəsinə
daxildir.
Susay
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin
eyniadlı cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda
Quba rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə dax-
ildir.
Suvazlı
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Boyat
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd
mövcud deyildir.
Şamaxı şəhər.
Qədim adları
- Şarvan, Aşşmax, Şirvan, Şah-Mah. VIII-XVI əsrlərdə Şirvan-
şahlar dövlətinin paytaxtı, XVIII—XIX əsrlərdə Şirvan
(Şamaxı)
xanlığının paytaxtı. 1840-cı ildən 1846-cı ilədək Xəzər
vilayətinin, 1859-cu ilədək Şamaxı quberniyasının inzibati
mərkəzi. Hazırda şəhər, Azərbaycan Respublikasında eyni
adlı rayonun inzibati mərkəzi.




