Background Image
Previous Page  279 / 324 Next Page
Information
Show Menu
Previous Page 279 / 324 Next Page
Page Background

275

Yuxarı Qələnxur

- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin Həzrə

cəmiyyətinə daxil idi, talana məruz qalmayıb, bəzi sakinləri

Yalama stansiyasında öldürülmüşlər. Hazırda Qusar rayo-

nunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.

Yuxarı Zeyxur

- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin Zeyxur

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar

rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.

Yuxarı-Çiçi

- Quba qəzasında kənd, Rustov polis nahiyəsinin Çiçi

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba

rayonunun Çiçi kənd inzibati-ərazi dairəsinə daxildir.

Yusuf-Qışlaq

- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Aşağı Əlik

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd

mövcud deyildir.

Zeyxur (Gədə-Zeyxur)

- Quba qəzasında kənd, Köhnə Qusar polis nahiyəsinin Xu-

dat cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar

rayonunun Gədəzeyxur kənd inzibati-ərazi dairəsinə daxildir.

Zərqava

- Quba qəzasında kənd, Rustov polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba

rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.

Zizik

- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin

eyniadlı cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda

Quba rayonunun Alekseyevka kənd inzibati-ərazi dairəsinə

daxildir.

Zuxul

- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar

rayonunun Yuxarı Qələnxur kənd inzibati-ərazi dairəsinə

daxildir.

Mənbələr:

1. Azərbaycan Respublikası Dövlət Arxivi, f. 1061, s.1, iş 96, 97, 98;

2. Сборник сведений по Бакинской губернии, Выпуск 1, Тифлис, 1911;

3. Кавказский календарь на 1917 год, Тифлис, 1916.

4. İnzibati-ərazi bölgüsü təsnifatı. Azərbaycan Respublikasının Dövlət

Statistika Komitəsi. Bakı, 2007

İnzibati-coğrafi adların göstəricisi