Background Image
Previous Page  277 / 324 Next Page
Information
Show Menu
Previous Page 277 / 324 Next Page
Page Background

273

Şıxlar

- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Qıraqlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz

rayonunun Qımılqışlaq kənd inzibati-ərazi dairəsinə daxildir.

Şirvan

- Cənubi Qafqazda, Xəzər dənizinin qərb sahilində tarixi

vilayət və dövlət, şimalda Dərbənddən başlayaraq cənubda

Kür çayının deltasına qədərki sahədə yerləşirdi. Hazırda

Azərbaycanın ərazisinin bir hissəsi. 799-1538-ci illərdə Şirvan

bir neçə şirvanşahlar sülaləsi tərəfindən idarə olunub. Paytaxtı

– Şamaxı şəhəri. 1948-ci ildə Şirvanın ərazisində Şirvan

(Şamaxı) xanlığı yaranıb, 1813-cü ildə Gülüstan müqaviləsinə

əsasən Rusiya imperiyasının tərkibinə daxil edilib və əyalətə

çevrilib. 1840-cı ildə qəza qismində yeni təşkil olunmuş

Xəzər vilayətinə daxil edilib, 1846-cı ildə Şamaxı şəhəri

paytaxt olmaqla eyniadlı quberniyaya çevrilib. 1859-cu ilin

mayında baş verən zəlzələdən sonra quberniyanın paytaxtı

Bakı şəhərinə köçürülərək Bakı quberniyası adlandırılıb.

Şamaxı qəza qismində Bakı quberniyası tərkibində qalıb.

1930-cu ilin avqustunda Şamaxı qəzası eyniadlı rayona çev-

rilib. Hazırda – Azərbaycan Respublikasında rayon. 2009-cu

ildə qədim Şirvanın Ərəbşahverdili (sonradan – Zubrovka)

kəndi ərazisində 1954-cü ildə yaradılmış Əlibayramlı şəhəri

Şirvan adlandırılmışdır.

Şollar

- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Xudat

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz

rayonunun Susayqışlaq kənd inzibati-ərazi dairəsinə da-

xildir.

Tahircal (Yeni Tarcal)

- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalmayıb. Əhali silahla

müdafiə olunub, bəzi sakinləri Quba şəhərində öldürülüb.

Hazırda Qusar rayonunun Samur qəsəbə inzibati-ərazi

dairəsinə daxildir.

Talabi

- Quba qəzasında kənd, Rustov polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba

rayonunun Talabiqışlaqkənd inzibati-ərazi dairəsinə daxildir.

Təkə (Təkə-Şıxı)

- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin

Möhüç cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu

kənd mövcud deyildir.

Tuğay (Tağay)

- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən

rayonunun Yenikənd kənd inzibati-ərazi dairəsinə daxildir.

İnzibati-coğrafi adların göstəricisi