20 fevral 2010
Ağır atletika üzrə veteranlar arasında Azərbaycanın 4-cü açıq çempionatının iştirakçıları - ikiqat Olimpiya, səkkizqat dünya və Avropa çempionu Vasiliy Alekseyev xanımı Olimpiada Alekseyeva ilə birlikdə fevralın 20-də Heydər Əliyev Fondunda olmuşlar. Karyerası ərzində 80-dək dünya rekordu vuran V. Alekseyev XX əsrdə dünyanın ən güclü idmançısı elan olunmuşdur...
YAP Xətai rayon təşkilatı qadınlar şurasının üzvləri fevralın 11-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlar ulu öndərin ömür yolu və fəaliyyəti ilə bir daha yaxından tanış olmuşlar. Onlara ümummilli liderimizin arxivindən götürülmüş və onun fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verilmişdir. Ulu öndər Azərbaycan qadınının ölkəmizin ictimai, siyasi, mədəni ...
5 fevral 2010
İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin səhiyyə nazirlərinin Bakıda keçirilən birinci iclasının iştirakçıları fevralın 5-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir...
4 fevral 2010
Bakıda səfərdə olan Küveytin ən böyük gənclər təşkilatı “LoYAC-Lothan” gənclər mərkəzinin nümayəndə heyəti fevralın 4-də Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir...
2 fevral 2010
Bakıda səfərdə olan Qırğızıstan Məşğulluq, Əmək və Miqrasiya Nazirliyinin nümayəndə heyəti fevralın 2-də Heydər Əliyev Fondunda olmuşdur. Nümayəndə heyətinə ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir...