Azərbaycanın təbliği

Rusiyanın şimal paytaxtındakı tarixi binaların birində - Sankt-Peterburq Qanunverici Məclisinin yerləşdiyi Mariinsk sarayının böyük salonunda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illiyinə həsr edilmiş “Rusiya-Azərbaycan münasibətləri: keçmişi, bu günü, gələcəyi” mövzusunda konfrans keçirilmişdir. Ulu öndər Heydər Əliyevin ad günü ilə bir vaxta düşən bu tədbir...

29 mart 2010-cu ildə Buxarest şəhərindəki Aqronomiya və Tibbi Elmləri Universitetində “Canlı alov – Azərbaycan təəssüratları” konfransı təşkil olunmuşdur. Tədbir Buxarest Yazıçılar Assosiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilmişdir.Konfransda Buxarest Yazıçılar...

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir. Anma mərasimlərinin hər il keçirildiyi şəhərlərin sırasına bu il Norveçin paytaxtı Oslonun da adı əlavə olunmuşdur...

Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Rumıniyada keçirilən silsilə tədbirlər çərçivəsində fevralın 22-də Buxarest şəhəri 2-ci sektorunun Mədəniyyət Mərkəzində “Canlı alov – Azərbaycan təəssüratları” mövzusunda konfrans təşkil olunmuşdur. Tədbir Buxarest Yazıçılar Assosiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilmişdir...

Fevralın 16-da Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxasovun fotolarından ibarət “Bakıya sevgi ilə” adlı sərgi keçirilmişdir. Sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla xanım Əliyevanın, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və “Maqnum” agentliyinin təşkilatçılığı ilə baş tutmuşdur...