Fəaliyyət

Samux rayonunun Qarayeri qəsəbəsindəki 2 saylı orta məktəb yeni binaya köçmüşdür. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb!" proqramına uyğun olaraq inşa edilən 200 yerlik bu məktəb binası 14 sinif otağından ibarətdir. Məktəbin inventarları tamamilə dəyişdirilmiş, kompüter otağı yaradılmışdır...

024.JPG

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva oktyabrın 11-də Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 nömrəli internat məktəbində Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. Fondun prezidenti ümummilli liderimiz Heydər Əliyevin məktəbin foyesindəki büstü önünə tər qərənfillər qoydu...

3.JPG

Azərbaycan Prezidenti İlham Əliyevin Kürdəmir və Sabirabad rayonlarına səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yerli məktəblərə getmişdir. O, əvvəlcə Kürdəmir rayonunun Karrar kəndindəki 240 yerlik yeni məktəb binası ilə tanış oldu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş məktəbin müəllimləri şagirdlərin yaxşı şəraitdə ...

Oktyabrın 5-də Heydər Əliyev Fondu Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evinə təzə avtobus bağışlamışdır. Bu münasibətlə keçirilən mərasimdə Fondun icraçı direktoru Anar Ələkbərov çıxış edərək bildirdi ki, 1930-cu ildə tikilmiş, uzun illər təmir edilmədiyinə görə, əslində, yararsız hala düşmüş körpələr evinin binasında Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri ...

Sentyabrın 30-da Astara rayonunun Təngərud kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş 240 yerlik yeni məktəb binasının açılışı olmuşdur. Mərasimdə məktəbin direktoru Tariyel Əsgərov, YAP Astara rayon təşkilatının sədri Əliheydər Həmzəyev, rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova...