21 may 2014
Mayın 21-də Qazax rayonundakı Müalicə Diaqnostika Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib. Aksiya çərçivəsində 170-dən çox rayon sakini könüllü olaraq qan verib. Toplanmış qan müayinədən olunduqdan...
Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə qurumun 2004-2014-cü illərdəki fəaliyyətini əks etdirən kitab-albom nəşr edilib. Kitab-albom Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sözləri ilə başlayır. Daha sonra nəşrin girişində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verilir. Kitab-albomda...
19 may 2014
Heydər Əliyev Fondunun dəstəyi, Rumıniya Əlillərin Hüquqlarını Müdafiə Liqasının və Buxarest şəhərinin 4-cü sektorunun təşkilatçılığı ilə Buxarest şəhərinin “Lumea Copiilor” (“Uşaqların dünyası”) parkında əqli qüsurlu uşaqlar arasında kross qaçışı üzrə “Şansların bərabərliyi” adlı kiçik yarış keçirilib. Tədbirə Rumıniyanın idman və gənclər naziri xanım Qabriela...
Mayın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VII Beynəlxalq Mstislav Rostropoviç festivalının təntənəli bağlanış mərasimi olub. Festival Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Festivalın bədii rəhbəri Olqa Rostropoviç idi...
Artan tələbat və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən “Məktəbəqədər təhsil müəssisələrin inkişafı” proqramı çərçivəsində Pirallahı rayonunda 140 və 100 yerlik iki yeni uşaq bağçasının tikintisinə başlanılıb. S.Bağırov küçəsində inşa edilən ikimərtəbəli 140 yerlik uşaq bağçasının ümumi ərazisi 5 min kvadrat metr, sahəsi 1375 kvadrat metr...