14 iyun 2013
İyunun 16-dan 20-dək “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC, “Qız Qalası” qalereyası və “İçərişəhər” DTMQİ tərəfindən “Tullantıdan sənətə” İkinci Beynəlxalq sərgi keçiriləcək. Вünyanın müxtəlif ölkələrindən onlarla sənətkar sərgidə əşyaları atmazdan əvvəl cəmiyyəti bir daha fikirləşməyə sövq edəcək...
İyunun 8-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin yenidənqurmadan sonra açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bosniya və Herseqovinanın dövlət rəsmiləri açılış mərasimində iştirak ediblər. Mərkəz Bosniya və Herseqovinadan və həmçinin regiondan...
Heydər Əliyev Fondu tərəfindən ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində yerləşən ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı göstərilib. Bu yardım əsasında məktəblər üçün kompyuterləşdirilmiş interaktiv lövhələr və əlil uşaqlar üçün müvafiq avadanlıq alınacaqdır. İyunun 6-da bu münasibətlə Merilend ştatında qüsurlu...
İyunun 6-da Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidi yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər. Məsciddə yenidənqurma işlərinə Binə ağsaqqallarının müraciətləri...
İyunun 1-2-də Buxarestdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. “Əlil və Fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası” adlı festival Buxarest Dövlət Məktəbləri İnspektorluğunun, Rumıniya Jandarmeriya xidmətinin, Buxarest şəhərinin 5-ci və 6-cı sektorunun əməkdaşlığı və Conil...