29 yanvar 2014
Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvar şəhərində fəaliyyət göstərən Xayber Göz Fondunun klinikasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş kişi və qadınlar üçün gözləmə otaqlarının açılış mərasimi keçirilib. Mərasimdə Xayber Göz Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Xan...
23 yanvar 2014
Yanvarın 23-də Davosda “Azərbaycan gecəsi” keçirilib. Gecədə Heydər Əliyev Fondunun Azərbaycanın təbliğinə həsr olunan nəşrləri qonaqlara təqdim edilib. Salonda quraşdırılan monitorlarda Azərbaycanın inkişafına, paytaxt Bakıda aparılan abadlıq-quruculuq işlərinə dair videogörüntülər nümayiş etdirilib. Tədbirdə Azərbaycan musiqisi səsləndirilib...
21 yanvar 2014
Yanvarın 21-də Gəncədə Nizami Gəncəvi Muzeyinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş muzeyin açılışında iştirak edib. Dövlət başçısı muzeydə yaradılan şəraitlə tanış oldu. Muzeydə Heydər Əliyev və Nizami Gəncəvi guşələri yaradılıb, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılıb...
21 yanvar 2014
Yanvarın 21-də Gəncədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş Məhsəti Gəncəvi Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və digər yardımçı otaqlar yerləşir. Oxu zalında ümummilli lider Heydər Əliyevin...
21 yanvar 2014
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) Xayfa Universitetində İranın və İran körfəzi ölkələrinin öyrənilməsi üzrə “Ezra” mərkəzi ilə birlikdə 1990-cı il 20 Yanvar faciəsini anma gecəsi keçirib. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş gecədə İsrailin müxtəlif bölgələrində yaşayan, əslən Azərbaycandan olan sakinlər, faciə zamanı həlak olmuş Aleksandr Marxevka...