Fəaliyyət

001.JPG

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva oktyabrın 19-da Xəzər rayonunun Türkan qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilmiş D.Cəbrayılov adına 119 saylı məktəbin açılışında iştirak etmişdir. Rəmzi açılış lentini kəsən Heydər Əliyev Fondunun prezidentinə gül dəstəsi təqdim olundu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmiş ...

002.JPG

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva oktyabrın 19-da Bakının Xəzər rayonunun Binə qəsəbəsində inşa olunmuş S.Abbasov adına 117 saylı tam orta məktəbin açılışında iştirak etmişdir. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Sonra açılışı bildirən rəmzi lent kəsildi. Məktəblə tanış olan Azərbaycanın birinci xanımına məlumat verildi ki ...

002.JPG
Oktyabrın 18-də Mehriban xanım Əliyeva Şüvəlan qəsəbəsindəki A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada olmuşdur. Rəmzi lenti kəsən Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu. Tədris binasındakı sinif otaqları, idman və akt zalları ilə tanış olan Mehriban xanım Əliyevaya məlumat verildi ki, Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” ...
004.JPG

Oktyabrın 18-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş Səhiyyə Nazirliyinin Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının yeni binası ilə tanış olmuşdur. Əvvəlcə xəstəxananın stasionar şöbəsi ilə tanış olan Mehriban xanım Əliyevaya məlumat verildi ki...

003.JPG
Oktyabrın 18-də Bakının Xəzər Rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi istifadəyə verilmişdir. Xüsusi Məktəbin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildi...