Fəaliyyət

Fevralın 24-də Berlində “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans keçirilmişdir. Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin, Qarsdakı Baş konsulluğunun və İğdır bələdiyyəsinin təşkilatçılığı ilə keçirilmiş konfransı ölkəmizin səfiri Pərviz Şahbazov və İğdır bələdiyyəsinin sədri Nurəddin Araz açmışlar...

Lerik rayonunun Piran kəndində 320 şagird yerlik ikimərtəbəli yeni məktəb binasının təməli qoyulmuşdur. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tikintisinə başlanılan yeni tədris müəssisəsində idman və akt zalları, yeməkxana, kitabxana, həkim və kompyuter otaqları, fənn kabinetləri olacaqdır. Təməlqoyma mərasimində rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Mili Məclisin ...

Heydər Əliyev Fondu Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı Türkiyədə keçirilən tədbirləri Kaysəri şəhərindən başlamışdır. Kaysəridəki Ərciyəz Universitetinin Sabançı Mədəniyyət Mərkəzində “Xocalı qətliamının 16-cı ili” konfransında Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək, ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən bəhs etmiş, bu qətliamların sadəcə azərbaycanlıların ...

Heydər Əliyev Fondu Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı, professor Arif Babayevin 70 illik yubileyinə həsr olunmuş “Arif Babayev 70” musiqi albomu hazırlamışdır. Alboma Azərbaycan və ingilis dillərində nəfis tərtibatda nəşr edilmiş kitab və xanəndənin xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 ədəd kompakt diski daxildir.Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin bahar bayramı şənliyində ədəbiyyat və incəsənət xadimləri ilə söhbəti zamanı...

02.JPG

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və qızı Arzu fevralın 14-də bir neçə uşaq evində olmuşlar. Xətai rayonundakı 3 nömrəli uşaq evinin sakinləri hörmətli qonaqları böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. Uşaq evinin birinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin ...