Elm və təhsil

002.jpg

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatala şəhərində inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Ümumi sahəsi 1280 kvadratmetr olan ikimərtəbəli bina 100 uşaq üçün nəzərdə tutulub. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək, 28 pedaqoji işçi çalışacaq...

1445942858165030841_1000x669.jpg

Oktyabrın 27-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hacıqabulda inşa olunan 100 yerlik uşaq bağçası istifadəyə verilib. Şəhərin İsmət Qayıbov küçəsində yerləşən bağçanın təməli ötən ilin martında qoyulub. İkimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Təhsil ocağında dörd qrupun fəaliyyət göstərməsi...

1.jpg

Oktyabrın 22-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xızı rayonunun Sitalçay kəndində inşa olunan uşaq bağçası-körpələr evi istifadəyə verilib. Uşaq bağçasında 50 körpənin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Uşaq bağçası-körpələr evində iki yaşından beş yaşınadək uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcək...

AQDAM-6.jpg

Oktyabrın 8-də Ağdam rayonunun cəbhə zonasında yerləşən Evoğlu kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib. İkimərtəbəli 100 çarpayılıq körpələr evində uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb...

02_ДЕРБЕНТ-ШКОЛА.jpg

Oktyabrın 7-də Dərbənddə Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyan 4 nömrəli orta ümumtəhsil məktəbinin Heydər Əliyev Fondunun dəstəyi ilə yenidənqurmadan sonra açılışı olub. Dağıstan KİV-lərində verilən məlumata görə, tədbirə toplaşanlar qarşısında çıxış edən məktəbin direktoru Gülnaz Səmədova görülmüş işlər barədə məlumat verib...