Xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə dekabrın 31-də, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində Bakının rəmzi olan Qız qalasının tam işıqlandırılması həyata keçirilmişdir. Danimarkanın aparıcı "Martin Professional" şirkəti lazımi avadanlığı istehsal etmiş, ABŞ-ın "AT Trade" şirkəti və onun Bakıdakı nümayəndəliyi layihəni həyata keçirmişlər...

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik ...

Yanvarın 3-də Heydər Əliyev Fondu Bakının müxtəlif orta məktəblərinin təhsildə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün "Gülüstan" sarayında Yeni il şənlikləri keçirmişdir. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri ...

007.jpg

Heydər Əliyev Fondu yanvarın 2-də "Gülüstan" Sarayında Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə uşaq evlərində, internat məktəblərində tərbiyə alan yetim, valideyn himayəsindən məhrum olan, eləcə də qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün şənlik keçirmişdir. Azərbaycanın Dövlət Himni səsləndikdən sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun ...

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, Qax rayonunun Turaclı kəndində 200 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Dekabrın 27-də Turaclı kəndində keçirilən təntənəli mərasimdə rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev yeni məktəbin istifadəyə verilməsini rayonun elm və mədəni həyatında çox əlamətdar hadisə kimi ...