Xəbərlər

Oktyabrın 5-də Heydər Əliyev Fondu Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evinə təzə avtobus bağışlamışdır. Bu münasibətlə keçirilən mərasimdə Fondun icraçı direktoru Anar Ələkbərov çıxış edərək bildirdi ki, 1930-cu ildə tikilmiş, uzun illər təmir edilmədiyinə görə, əslində, yararsız hala düşmüş körpələr evinin binasında Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri ...

0.jpg

Oktyabrın 4-də Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqa Heydər Əliyev Fondunda olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Latviya Prezidenti Vayra Vike-Freyberqanı və onun həyat yoldaşı İmants Freyberqsi Fondun binası önündə böyük səmimiyyətlə qarşıladılar...

0.jpg

Sentyabrın 30-da Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonen Heydər Əliyev Fondunda olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Finlandiya Prezidenti Tarya Haloneni və onun həyat yoldaşı Pentti Arayarvini böyük səmimiyyətlə qarşıladılar. Prezident Tarya Halonenə...

Sentyabrın 30-da Astara rayonunun Təngərud kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş 240 yerlik yeni məktəb binasının açılışı olmuşdur. Mərasimdə məktəbin direktoru Tariyel Əsgərov, YAP Astara rayon təşkilatının sədri Əliheydər Həmzəyev, rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova...

Heydər Əliyev Fondunun nümayəndələri Moskvada yaşayan Mərdan və Mehriban Tağıyevlərin ailəsində dünyaya göz açmış dörd əkiz uşağın bir yaşlarının tamam olması münasibətilə Sumqayıtda şənlik mərasimi təşkil etmişlər. Əslən Yardımlı rayonunun Pirembe kəndindən olan bu ailə 1990-cı ildən Moskvada yaşayır....