Beynəlxalq mətbuat

HURRIYYET-L.ALIYEVA-MUSAHIBA.jpg

Türkiyənin nüfuzlu “Hürriyyət” qəzeti 26 fevral tarixli nömrəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın müsahibəsini dərc etmişdir.Qəzet yazır ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində daha bir layihənin - Azərbaycanın məşhur rep qrupu “Dəyirman”ın və ABŞ Xarici İşlər Nazirliyinin...

“Xoşməramlı səfir”. Sverdlovsk vilayətinin mərkəzi mətbu orqanı olan “Oblastnaya qazeta”da dərc edilmiş məqalə belə adlanır. Məqalədə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın 2010-cu il dekabrın 2-3-də Yekaterinburqa səfərindən bəhs edilir. Məqalənin əvvəlində qeyd edilir ki, dostluq telləri mədəniyyət vasitəsilə möhkəmlənir.

Nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetinin 4 noyabr tarixli nömrəsində Heydər Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilmişdir.Məqalədə Heydər Əliyev Fondunun məqsədi, fəaliyyəti, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva haqqında ətraflı məlumat verilmişdir.Vurğulanmışdır ki, Mehriban xanım...

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır. Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın “İzvestiya”, “Nezavisimaya qazeta” kimi nəşrlərinin ardınca “Rossiyskaya qazeta”, “Tribuna” qəzetləri də maraqlı məqalələr dərc etmişlər.

file1283497062918.jpg

Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Rusiyanın Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmirdən sonra sentyabrın 1-də şagirdlərin istifadəsinə verilmişdir. Nüfuzlu “Nezavisimaya qazeta” nəşrinin 2 sentyabr tarixli nömrəsində bu əlamətdar hadisə ilə əlaqədar məqalə dərc edilmişdir.