Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransanın Konyak şəhərində keçirilən Azərbaycan günləri ilə bağlı tədbirlər yerli mətbuat səhifələrində geniş işıqlandırılıb. “Cənub-Qərb” (“Sud–ouest”) və “Azad Şarant” (“Charente libre”) qəzetlərinin...
30 oktyabr 2012
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə ölkəmizi fransızlara yaxından tanıtmaq məqsədilə “Azərbaycan günləri” layihəsi çərçivəsində Fransanın Şampan regionunun Reims və Şalon-an-Şampan şəhərlərində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” mövzusunda keçirilən sərgi və konsert bu ölkənin mətbuatında geniş yer almışdır.
14 aprel 2012
Mehriban Əliyeva: “Biz Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırıq”. Bakı 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Moskvada Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasına öz təkliflərini təqdim edib. İddia komitəsinin üzvləri hesab edir ki, təklifin spesifik xüsusiyyəti onun Qərb və Şərq mədəniyyətlərini əlaqələndirməsindədir...
6 dekabr 2011
Pakistanın nüfuzlu “States Times” qəzetində noyabrın 24-dən 27-dək Qəbələdə keçirilmiş “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” gənc ekoloqların beynəlxalq düşərgəsində iştirak etmiş pakistanlı jurnalist Əmir Mahmud Bhattinin “Vahid yer kürəsi-vahid gələcək” və “Qəbələ Bəyannaməsi” sərlövhəli məqalələri dərc olunmuşdur. Jurnalist Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin ...
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva noyabrın 28-dən dekabrın 2-dək Vatikanda və Romada səfərdə olmuş, ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ilə bağlı təntənəli tədbirlərdə iştirak etmiş, bir sıra görüşlər keçirmişdir. Azərbaycanın birinci xanımının səfəri və ölkəmizlə bağlı tədbirlər yerli mətbuatda geniş işıqlandırılmışdır...