Pres-relizlər

Heydər Əliyev Fondu Ağ Evin rəsmi saytında Xocalı soyqırımı ilə bağlı 2013-cü il yanvarın 26-dan başlanılmış petisiyanı dəstəkləyən  hər bir  şəxslə həmfikir olduğunu bəyan edərək vətəndaşlarımızı, Azərbaycandan kənarda yaşayan soydaşlarımızı və Azərbaycan həqiqətlərini dəstəkləyən hər bir kəsi  bu səsvermədə fəal olmağa çağırır. Qeyd edək ki, Xocalı soyqırımının 21-ci ildönümü...

Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 11-dən etibarən Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar xəstəlikləri üzrə təlim kursları keçirilir. Bu məqsədlə İtaliyanın San Donato Mərkəzinin uşaq ürək cərrahı, professor Alessandro Giamberti və Almaniyanın Pediatrik Kardiologiya Klinikasının direktoru, professor Coxen Vielin Bakıya dəvət olunublar...

Dekabrın 27-dən 29-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, yetim və valideyn himayəsindən məhrum, o cümlədən Daun Sindromlu Şəxslərin Assosiasiyası, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya mərkəzi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü ümumtəhsil internat məktəbi...

Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabrın 3-dən 9-dək Bakıda Rostropoviç adına VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda Rusiya, İtaliya, Böyük Britaniya və Azərbaycandan dünya şöhrətli musiqiçilər və kollektivlər - Zubin Meta, Enriko Dindo, Maksim Vengerovv, Plamena Mangova...

Heydər Əliyev Fondunun dəstəyi ilə oktyabrın 19-dan noyabrın 12-dək Fransanın müxtəlif regionlarında Azərbaycanın mədəniyyət və incəsənətinə həsr olunmuş sərgi və konsertlər keçiriləcək. Silsilə tədbirlərin təşkili ölkələrarası mədəni əlaqələrin möhkəmlənməsinə, Azərbaycanın dünyada tanınmasına və  xalqlararası anlaşmaya xidmət edir.Regional tədbirlər silsiləsi...