Pres-relizlər

Heydər Əliyev Fondu Macarıstanın paytaxtı Budapeştdə əlil uşaqlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi özündə birləşdirən mərkəzin yeni korpusunu inşa edəcək. Mərkəz 1982-ci ildə Macarıstan Katolik Kilsəsi tərəfindən əlil insanlara qayğı məqsədilə yaradılıb. Uşaq tərbiyə müəssisəsinə görmə, hərəkət və ünsiyyət qüsurlu, fiziki imkanları məhdud uşaqlar qəbul edilirlər...

Heydər Əliyev Fondunun və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə dekabrın 5-də Avropanın ən böyük liman şəhərlərindən biri olan Hamburqda "Azərbaycan gecəsi" keçiriləcək. Hamburqun tarixi Börsensaal zalında təşkil olunacaq gecədə rəsm və foto sərgiləri və bu işlərin fotoproeksiyaları təqdim ediləcək. Stendlərdən birində ölkəmizdə Almaniya mövzusunda...

UNESCO-nun qərarı ilə Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi çərçivəsində noyabrın son günlərində Fransanın Reyms şəhərində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. X əsrdən başlayaraq bir çox Fransa kralının tacqoyma mərasiminin keçirildiyi şəhər kimi tanınan Reyms həm də müxtəlif mədəni tədbirlərin məkanı sayılır. Bu şəhər...

Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində layihələrini davam etdirən Heydər Əliyev Fondu və Azərbaycanın Almaniyadakı səfirliyi növbəti layihəni Kölndə həyata keçirəcək. Əhalisinin sayına görə Almaniyanın dördüncü şəhəri olan Kölndə Azərbaycan gecəsinin keçirilməsi təsadüfi deyil. Ölkənin böyük iqtisadi və mədəniyyət mərkəzlərindən biri sayılan Kölnü “Reyn üzərində...

Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtı və bir sıra şəhərlərində Azərbaycanın dahi söz ustadları Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək. Noyabrın 12-də Paris şəhərinin 7-ci rayonunun meriyasının və Parisin Əlyazmalar və məktublar muzeyinin əməkdaşlığı ilə Nizami Gəncəviyə həsr olunmuş sərginin açılması nəzərdə tutulur...